07 noyabr 2019 15:20
115

FTX-nin direktoru: "Azərbaycandan da olan həmkarlarımızla...

2019-cu ildə Rusiya, Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistan xüsusi xidmət orqanlarının birgə əməkdaşlığı nəticəsində 13 beynəlxalq terrorçu yuvası aşkarlanıb və onların fəaliyyətinin qarşısı alınıb. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının iclasında bildirib.

"Bu il Azərbaycan, Tacikistan, Qırğızıstan və Özbəkistandan olan tərəfdaşlarımızla əməkdaşlıq nəticəsində 13 beynəlxalq terrorçu yuvası aşkarlanıb, 138 döyüşçü saxlanılıb. Bu ilin may ayından oktyabr ayına kimi terrorçu və dini ekstremist təşkilatlarla əlaqədə şübhəli bilinən MDB ölkələrinin 200-dən çox vətəndaşı sərhəd nəzarətinə götürülüb", - A.Bortnikov qeyd edib.