Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
14 iyul 2020 20:45
624

Fransada milli bayram – Bastiliyanın alınması günü qeyd edilir

Bastiliyanın alınması günü ənənəvi şəkildə deyil, məhdud çərçivədə qeyd olunur. Milli bayram münasibətilə tədbir Yelisey Çölləri prospektində deyil, Konkord meydanında təşkil olunub. COVID-19 epidemiyasına görə bu il milli bayram həmişəkindən fərqli şəkildə - ictimaiyyətsiz və hərbi nümayişsiz keçirilib.

Bu il milli bayram koronavirus epidemiyası ilə mübarizədə çalışan tibb işçilərinin və epidemiya ilə bağlı təşkil edilmiş “Resilience” hərbi əməliyyatında iştirak edən hərbi heyətin şərəfinə təşkil edilib.

Fransanın dövlət və hökumət nümayəndələrinin toplaşdığı tədbirdə tibb işçiləri də iştirak ediblər.

Tədbir zamanı koronavirusla mübarizə aparan tibb işçilərinin şəkilləri ekranlarda əks olunub. Hərbi tibbi təyyarə və helikopterlər nümayişi olub.

Sonda bütün dünyadakı tibb işçilərinə ehtiram əlaməti olaraq “Marselyoza” səsləndirilib. //AZƏRTAC