15 mart 2019 17:22
206

Floridada məktəbli qız intihar edib

ABŞ-ın Florida ştatında müəllimdən icazə alaraq sinifdən çıxan məktəbli qız intihar edib.

Seminol dairəsinin şerifi Dennis Lemma mətbuat konfransında bildirib ki, “Lake Marу High School” orta məktəbinin 17 yaşlı şagirdi səhər saat təqribən 7:45-də tapançadan atəş açaraq intihar edib.

AZƏRTAC xəbər verir ki, hadisə məktəbin iclas zalında baş verib. Həmin vaxt qızın yanında heç kim olmayıb. Məktəb mühafizəsinin iki nümayəndəsi və tibb bacısı onu huşa gətirməyə çalışıblar, lakin buna nail olmayıblar.

Məktəb qısa müddətə polis tərəfindən əhatəyə alınıb. Valideynlər avtomatik səsli telefon məlumatının köməyi ilə hadisə barədə məlumatlandırılıblar. Hələlik polisin məktəblinin silahı necə ələ keçiməsi və hansı yolla məktəbə gətirməsi barədə məlumatı yoxdur.