26 iyun 2019 15:49
166

FHN: Yanğının söndürülməsinə 120 canlı qüvvə və 18 texnika cəlb edilib

Xətai rayonu, Zığ şossesi yaxınlığında baş vermiş yanğın nəticəsində təqribən 6 hektar ərazidə quru ot, kol-kos, ətrafa dağılmış tikinti materialları (istifadəyə yararsız), bəzi həyətyanı sahələr yanıb, 2 fərdi yaşayış evinə qismən zərər dəyib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Mülkü müdafiə qoşunlarının 120 canlı qüvvəsi və 18 texnikası cəlb edilib.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Əlavə məlumat veriləcək.