16 sentyabr 2020 11:40
273

Fərhad Əhmədov “Dostluq” ordeni ilə təltif edilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Fərhad Əhmədovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında xidmətlərinə görə Fərhad Teymur oğlu Əhmədov “Dostluq” ordeni ilə təltif edilsin.