15 may 2019 20:36
316

“Eurovision”u niyə boykot edirlər?

64-cü "Eurovision" mahnı müsabiqəsi İsraildə boykot sədaları altında baş tutub. 

"İki sahil" "qafqazionfo"ya istinadən xəbər verir ki, ötən gün yarımfinalın keçirildiyi vaxt Təl-Əviv Ekspo Mərkəzinin qarşısına yüzlərlə insan toplaşıb. 

Onlar Fələstini dəstəkləyən lövhələr qaldıraraq müxtəlif şüarlar səsləndiriblər. Qeyd ediblər ki, İsrail Fələstinda insan hüquqlarını kobud şəkildə pozur. Aksiyaçılar dəfələrlə layihəyə gələn sənətçilərə və yarışma təşkilatçılarına boykotla bağlı müraciət etdiklərini bildiriblər. 

Hətta final gecəsi fəxri qonaq kimi səhnəyə çıxacaq dünya ulduzu Madonnaya belə açıq məktub göndərdiklərini, lakin sənətçinin "Musiqini siyasətə alət etməyəcəm" cavabını verdiyini qeyd ediblər.