12 iyul 2019 10:51
175

ETSN-də Avropa İttifaqının nümayəndələri ilə görüş

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) “Şərq Tərəfdaşlığı” ölkələri üçün Avropa İttifaqının Su Təşəbbüsü proqramının rəhbəri Mixael Sutterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüş zamanı beynəlxalq məsləhətçilərlə ölkədə su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi, sudan səmərəli və təkrar istifadə, su itkilərinin azaldılması, ehtiyatlarının qorunması ətrafında fikir mübadiləsi aparılıb, mövcud əməkdaşlığın vəziyyəti və gələcək perspektivlər müzakirə olunub.