13 noyabr 2019 20:01
262

Ətir seçimi bir incəsənətdir

Ətir dediyimizdə hər insanın fərdi zövqü və həyat tərzi yada düşür. Ətir insanın xasiyyəti, temperamenti, həyat tərzi və hətta əhval-ruhiyyəsi haqqında məlumat verir. Uyğun ətir seçmək çox önəmlidir, çünki bəzən ətriniz daxili dünyanızı biruzə verir. Ətir cəlb etməlidir, məftun etməlidir və hər bir insanın ona xas olan bir qoxusu olmalıdır. Böyük Britaniyada əhalinin 71 % -nın fikrinə görə, ətir seçimi bir incəsənətdir.  Müasir tibbdə də ətirlərin özünəməxsus yeri var. Məsələn, hər bir xəstəliyin fərqli bir qoxusu var, hətta hər bir xəstəliyə aid qoxular katoloqu mövcuddur. Statistik məlumatlara görə, kişilərin beyni qoxulara qarşı daha həssasdır.

Ətrin qalıcılığı dərinin tipi ilə əlaqəlidir. Ətirlər daha çox qan dövranı güclü olan insanların bədənində qalıcı olur. Yağlı dərilər qoxunun  aromatik tərkibini uzun müddət saxlaya bilirlər. Saclar üçün isə ən yaxşı aromatizasiya tualet suyu sayılır.

Təmiz ətirlərin tərkibində daha çox orqanik efir yağları var. Belə ətirlərin qalıcılıq qüvvəsi yüksək, qiyməti isə baha olur. Ən bahalı efir yağlarından biri yasəmən yağı sayılır. Bu yağın 1 kiloqramını əldə etmək üçün tonlarla yasəmən  gülünün ləçəyi lazımdır. Qızılgül ləçəklərindən də ətirlər düzəldirlər. Ləçəklər səhər tezdən toplanılır ki, üzərində şeh olsun. Hər bir qızılgülün fərqli qoxusu var və onları fərqli şəkildə yetişdirirlər. Mərakeşdə yetişdirilən qızılgül ən bahalı növ hesab olunur. Bahalı güllər siyahısına Türkiyədə və Bolqarıstanda yetişdirilən qızılgüllərdə  daxildır. Təbii ki, bu güllərdən alınan ətirlər çox dəyərli və qalıcı olur. Ətirlər  süni şəkildədə  düzəldilir. İlk dəfə 1921-ci ildə Koko Şanel  vanil, gül və yasəmən  qarışıqlarından Şanel № 5 ətrini təqdim etmişdir. Bu ətir sintetik qarışıqlarından düzələn 1-ci qoxu idi.

Qədim zamanlardan ətirlərin özünəməxsus yeri olub. Ərəb ölkələrində evə gələn qonağın üstünə qızılgül ləçəklərindən düzəldilən su səpirdilər. Beləliklə, onlar qonağa qarşı olan hörmətlərini göstərmiş olurdular. Hindistanda məbəddə yerləşən “Müqəddəs öküzün” başını belə gül ləçəklərindən ibarət olan ətirlərlə silirlər. Napoleon Bonapard ətirləri çox sevirdi. Hətta, onun üçün hazırlanan isti sabunlu suyun içinə mütləq gül ləçəkləri və müxtəlif ətirlər əlavə edirdilər. Fransızların ətirə olan sevgisi elə bu vaxtlardan başlamışdır. Napoleon daha çox şirin ətirlərin həvəskarı olub.

“Sotu” firmasının  müşahidələrinə görə, dünyada olan internet şəbəkələrinində qoxusu var. Onlardan ozon qoxusu gəlir və bu yan təsiri kompyüter qarşısında oturan hər bir insan hiss edir.

Fərdi auranızı gözəlləşdirmək üçün sizin simanıza uyğun olan bir ətir seçin, çünki hər bir ətir insanın yaşı, zahiri görünüşü, geyim üslubu ilə vəhdət yaradır.

Samirə Tağıyeva, “İki sahil”