14 iyul 2020 16:22
2261

Əsgəri şəhid general haqqında: "ÖNCƏ VƏTƏN!" deyirdi!

Ramil Cabbarov​: “Hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə qaçmağa hazır idik”

Məlum olduiğu kimi iyulun 14-də döyüş zamanı müdafiənin ön xəttində olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olub.

Bu hal Azərbaycan Ordusunda generallarla əsgərlərin bir çərgədə, ön sırada düşmənə qarşı vuruşduğunu əyani şəkildə təsdiq erdir.

Bir daha sübut  olundu ki, Azərbaycan Ordusunun generalı tabeliyində olan hərbçilərdən özünü fərqləndirmir, qarşıda duran tapşırığı yerinə yetirmək, dogma torpağını müdafiə etmək üçün öz canını hər  an qurban verməyə hazırdır.

Ermənistan ordusunun generalları isə sıravi əsgərlərin arxasında gizlənərək öz canlarını qorumaqla məşğuldurlar. Azərbaycan xalqı belə qəhrəman generalları, zabitləri olan milli ordumuzla fəxr edir.

"İki sahil" xəbər verir ki,  Sosial şəbəkələrdə şəhid olan general-mayor Polad Həşimovla bağlı maraqlı paylaşım edilib. Ramil Cabbarov statusunda yazıb:

 “Şəhid olan general-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu ilə, danışığı ilə, peşəkarlığı vəVətənə sevgisi ilə igid kimi igid idi. Elə bir komandirimiz idi ki, hərbi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə qaçmağa hazır idik. Tabora gələndə "ÖNCƏ VƏTƏN!" kəlməsini elə içdən işlətmişdi ki, indiyə qədər səsini xatırlayıram.

Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!”.