16 iyul 2020 15:25
992

Ermənistanın müdafiə nazirliyi dezinformasiya yayır - VİDEO

Ermənistan tərəfinin yaydığı yalan məlumatlar o miqyasa çatıb ki, nəinki Azərbaycanın, hətta xarici mətbuatın belə nəzərindən yayınmır.

Almaniyanın “Bild” nəşrinin jurnalisti, siyasi analitik Yulian Röpke öz “Twitter” səhifəsində Ermənistən Müdafiə Nazirliyinin videosunu şərh edərək yazıb ki, görüntülərdəki əslində PUA yox, iki mühərrikli ensiz mülki təyyarədir.

Almaniyalı jurnalist bir tərəfdən havadan müdafiə sistemlərinin mülki təyyarəyə tuşlanmasına, digər tərəfdən isə Ermənistanın Müdafiə Nazirliyinin rəsmi “YouTube” səhifəsində bu cür yalan videoların yerləşdirilməsinə təəccübləndiyini bildirib.