Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
14 iyul 2020 18:47
641

Ermənistanın daha iki hərbçisi öldürüldü

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyan daha iki erməni hərbçinin öldüyünü açıqlayıb.

Onun yaydığı məlumata görə, kiçik serjantlar Smbat Qabrielyan və Qrişa Matevosyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.

Ermənistan tərəfi bundan əvvəl mayor Qaruş Vemiri Ambarçumyan və kapitan Sos Paylaki Elbəkyanın ölümünü təsdiqləmişdi.

Qeyd edək ki, işğalçı ordu Azərbaycan-Ermənistan dövlət sərhədində, Tovuz rayonu istiqamətində gedən döyüşlərdə ağır itkilər versə də, bunu mümkün qədər gizlətməyə çaşılır.