20 fevral 2020 15:43
956

Ermənistanda referenduma 7 milyon dollar xərclənəcək

Ermənistanda bu ilin aprelin 5-də keçiriləcək konstitusiya referendumunun məsrəfləri 3,4 milyard dram (7,1 milyon ABŞ dolları) təşkil edəcək.

“Report” Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətin bu gün keçirilən iclasında bununla bağlı qərar qəbul olunub.

Həmin məbləğin 234 milyon dramı polisə, qalan vəsait Mərkəzi Seçki Komissiyasına ayrılacaq.