11 yanvar 2019 17:28
484

Ermənistanda “donuz qripi”ndən ilk ölüm hadisəsi qeydə alınıb

Ermənistanda H1N1 virusu (“donuz qripi”) ilə yanaşı, başqa xəstəliklərdən də əziyyət çəkən qadın ölüb.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bunun həmin xəstəlik nəticəsində ölkədə ilk ölüm hadisəsi olduğunu deyən Səhiyyə Nazirliyi Milli Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzinin baş direktoru Artavazd Vanyan hazırda 1251 nəfərin tibbi yardım üçün müraciət etdiyini, 693 xəstənin stasionar müalicə keçdiyini bildirib.

Bundan əvvəl Ermənistanda “donuz qripi”nə 10 nəfərin yoluxduğubildirilmişdi.

Xatırladaq ki, Gürcüstanda bu günədək həmin xəstəlikdən 14 nəfər dünyasını dəyişib.