12 fevral 2019 13:05
283

Ermənistanda devalvasiya çörəyin qiymətinin növbəti dəfə artmasına səbəb olub

Ötən həftə Ermənistanda çörək yenə bahalaşıb və bu, dramın devalvasiyasının nəticəsidir.

"İki sahil" "Report"a istinadən xəbər verir ki,  Ermənistan KİV-i yazır ki, "Dram devalvasiyaya uğradıqca un da bahalaşır, özü də ani şəkildə. Səbəbi isə Ermənistanda unun topdan satışının dollarla həyata keçirilməsidir".

Qəzet vurğulayır ki, unun qiymətinin artması çörək məhsullarının qiymətlərinə təsir edir, bu isə öz növbəsində, əhalinin aşağı gəlirli təbəqəsinin büdcəsinə mənfi təsir göstərir.