27 may 2020 12:37
655

Ermənistanda daha 372 nəfər koronavirusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 7774 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 372 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 98 nəfər koronavirusdan ölüb, 43777 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.