Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
18 oktyabr 2020 11:36
260

Ermənistanda daha 1694 nəfər koronavirusa yoluxub

Ermənistanda koronavirusa yoluxanların sayı 64 694 nəfərə çatıb.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 1694 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 14 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 081 nəfər koronavirusdan ölüb.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.