15 avqust 2020 11:30
519

Ermənistanda COVID-19-a yoluxanların sayı 41 495-a yüksəlib

Ermənistanda daha 196 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 41 495-a yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 817-yə çatıb. İndiyədək 34 484 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 5 952 aktiv koronavirus xəstəsi var.