KÖŞƏ

Taleh Turqut

Ermənistan “yoluxucu xəstəlik”dən xilas olmaq istəmir

24 aprel 2019 10:44
352

Ermənistan mətbuatı həyəcanlı xəbər yayıb. Ölkənin Tavuş rayonu ərazisində yoluxucu xəstəliklər sayılan dizenteriya epidemiyası yayılıb. Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxanların əksəriyyəti uşaqlardır və ümumilikdə 30 nəfər xəstəxanaya yerləşdirilib. Vəziyyət aydınlaşanadək rayonda içməli sudan istifadə dayandırılıb və məktəblər nəzarətə götürülüb.

Xoşagəlməz hadisə olsa da, bu vəziyyət hazırkı Ermənistanın real durumunu göstərən mənzərədir. Müasir elmi-texniki inkişaf dövründə bir ölkədə dizenteriyanın belə kütləvi şəkildə yayılması bir göstəricidir- ölkənin hansı sosial vəziyyətdə olduğunun ən bariz göstəricisi.

Lakin Ermənistanda yayılan yoluxucu xəstəliklər təkcə dizenteriya ilə məhdudlaşmır. Ermənilərin tarix boyu “yoluxduqları”, heç vaxt xilas ola bilmədikləri əsas “xəstəlikləri” yalan üzərində qurulan həyatları, saxtakarlıq, riyakarlıq və xəyanətdir. Qonşuya xəyanət, tələ qurmaq, tamahkarlıq bu xalqın xislətindədir...

Özünü Ermənistanın “xilaskarı”, “tarixi qəhrəmanları” hesab edənlərin iç üzlərinin ifşa olunması bu epitetlərin onlara nə qədər yapışdığını bir daha isbat edir.  Ermənistan Xüsusi İstintaq Xidməti sabiq prezident Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, baş nazirin sabiq müavini Armen Gevorkyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturova qarşı ittihamnaməni yekunlaşdıraraq məhkəməyə təqdim edib. Sabiq prezidentə qarşı konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, A.Gevorkyana qarşı konstitusiya quruluşunun devrilməsində əlbir olmaq, külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmaq, digər iki nəfərə isə konstitusiya quruluşunu devirmək barədə ittihamlar irəli sürülüb. Lakin bu canilərdən əlavə, Ermənistanın müdafiə nazirinin keçmiş müavini, “qəssab” ləqəbi ilə tanınan general-leytenant Manvel Qriqoryanın haqqında səsləndirilən ittihamlar daha “qabarıqdır”. Məhkəməsi davam edən “qəssabı” zaminə buraxdırmaq üçün adamları 10 milyon dollar girov təklif ediblər. Aclıq və səfalət içində yaşayan Ermənistanın bir generalının müvəqqəti azadlığı üçün 10 milyon dollar astronomik rəqəm hesab edilə bilər. Təkcə bu fakt Koçaryan və Sarkisyan iqtidarı dövründə müharibə şəraitindən istifadə edənlərin nə qədər qeyri-qanuni sərvət topladıqlarını görmək olar. Serj Sarkisyanın ən yaxın dostu və silahdaşı olan keçmiş nazir müavini qanunsuz silah-sursat saxlamaqda, dövlət əmlakını mənimsəmədə, vergidən yayınmada, çirkli pulların yuyulmasında ittiham olunur. “Qəssab”ın Ermənistan ordusuna məxsus ərzaq məhsullarını talayaraq daxili və xarici bazarlarda satdığı müəyyən edilib.

Faktlar sübuta yetirilərsə, onu ömürlük həbs gösləyir. Buna ilahi ədalət də demək olar...

Nikol Paşinyanın bir illik hakimiyyəti dövründə də Ermənistan ənənəvi “xəstəlikləri”ndən xilas ola bilmir. Əksinə, vəziyyət getdikcə ağırlaşmaqdadır. Artıq hökumət daxilində müxtəlif ittihamlarla çəkişmələr və intriqalar baş alıb gedir. Ermənistanın milli təhlükəsizlik xidmətinin sədri Artur Vanetsyanla audit palatasının sədri Davit Sanasaryan arasında baş verən çəkişmələr ikincinin istintaqa dəvət olunması ilə nəticələnib.

Digər tərəfdən, ölkədə baş verən bütün konfliktlərin kökündə ağır sosial-iqtisadi şəraitin dayandığı hamıya məlumdur. O da məlumdur ki, bu “xəstəliyin” bircə əlacı var: işğalçılıqdan əl çəkmək, Azərbaycanla münasibətləri normallaşdırmaq!

Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...
Məhərrəm Ağalaroğlu
Dəlləklər