KÖŞƏ

Nilufər Mustafaqızı

Ermənistan özü-özünü məhvə aparır

24 iyul 2019 19:49
508

İllərdir sürünərək yaşayan, öz quyusunda boğulan Ermənistanda ictimai-siyasi vəziyyətin gərginliyi, özbaşınalıqlar, əhalinin hər bir sahədə narazılıqları, demoqrafik süqut,  etiraz aksiyaları və s.  buna bənzər hallar davam etməkdədir. Məlumdur ki, hal-hazırda eks prezident Robert Koçaryanın məhkəmə prosesi davam edir. İrəvan şəhər Apelyasiya məhkəməsində Koçaryanın əmlakına qoyulan müsadirə ilə bağlı iclas  keçirilib. Ancaq məhkəmə gözlənilən kimi nəticələnməyib. Buna səbəb isə ittihamçıların   iclasda iştirak etməmələri olub. Bu səbəbdəndir ki,  proses hələ də məlum olmayan tarixə qədər təxirə salınıb. Robert Koçaryanın məhkəmə zalından sərbəst buraxılmasına qərar verən hakim David Qriqoryanla bağlı isə yeni faktlar üzə çıxıb. Hakimin ofisindən xeyli sayda arxiv sənəd sübutları, seyfi və xidməti kompyuteri müstəntiqlər tərəfindən götürülərək araşdırılmaları üçün xüsusi istintaq komitəsinə aparılıb. Artıq ona qarşı vəzifə səlahiyyətlərini aşma maddəsi ilə ittiham irəli sürülüb. Araşdırmaların aparıldığı müddət ərzində isə D. Qriqoryana ölkədən çıxmaması barədə bildiriş verilib  və  hakim  xüsusi nəzarətdə saxlanılır. 

Özbaşınalıqların, araçəkişmələrin bu qədər hökm sürdüyü ölkədə əlbəttə ictimai vəziyyət də hər gün daha da ağırlaşmaqda davam edir. Bu da təbii olaraq yerli əhalinin  səbr kasasını daşırmaqda davam edir.

Belə bir vəziyyətdə “Çiçəklənən Ermənistan” partiyasının sədr müavini, deputat Naira Zurabyan Tavuş vilayətində olmuş və  narazı sakinlərlə görüşərək   onların ehtiyacları ilə maraqlanmışdır. Erməni mətbuatının  məlumatlarına görə,  N. Zurabyan adıçəkilən vilayətdə yaşayan   əhalinin  işsizlikdən, məmur özbaşınalığından əziyyət çəkməsi barədə danışıb. N. Zurabyan qeyd edib ki, sakinlər daha həyatlarından beziblər. Onlar hökumətin bu siyasətindən, əhaliyə qarşı diqqətsizliklərindən, məmurların onları incitmələrindən, istədikləri kimi hərəkət etmələrindən beziblər. Erməni hakim dairələri bir az baş qaldırmaq istəyən sadə kütləni sakitləşdirməkdə aciz qalırlar və bu səbəbdən də insanları müxtəlif şər və böhtanlarla günahlandıraraq, onları susdurmaq üçün səbəbsiz həbs edirlər. Belə bir mənzərə İcevan rayonunda baş verib. Bu da bir daha onu sübut edir ki, Ermənistan hökuməti özü-özünü məhvə doğru aparmaqda qəti qərarlıdır. Axı bir ölkə idarəçiliyi xalqı bu qədər qarşısına alarmı? Onların taleyi, gələcəyi erməni oliqarxlarını və məmurlarını, eyni zamanda, hakimiyyətin sükanı arxasında oturan heç kəsi maraqlandırmır.

Zurabyan mətbuata verdiyi açıqlamalarında onu da qeyd edib ki,  mən bir qrup sakinlə görüşüb söhbət etdim. “Onlar iddia edirlər ki, biz körpələrimizin, uşaqlarımızın qarnını doyurmaları üçün yavan çörək tapmaqda belə çətinlik çəkirik.”  Acınacaqlı hallarını gözlər önündə yaşayan ermənilər təbii olaraq yaşamağa məhkum edildikləri  həyata nifrət etdikləri idarəçiliyə qarşı çoxsaylı aksiyalar həyata keçirir, özləri özlərini bu vəziyyətdən xilas etməyə çalışırlar. Belə olan vəziyyətdə əsəsbi kütləni sakitləşdirməkdə mükəlləf olan erməni polisi də onlara göstərilən əmrlərə uyğun hərəkət edir, əhaliyə qarşı kobudluq göstərirlər.

Artıq hər bir kiçik məsələdə böyük problemlər axtaran erməni məmurları sanki insanları incitməkdən zövq alırlar. Onlardan biri də Qubernator Hayk Çobanyandır. İnsanların meşələrdəb odun yığmalarını belə bəhanə edərək onlara rahat yaşamağa imkan verməyən Çobanyan bunu meşələrə ziyan verilməsi kimi qiymətləndirsə də, əhali, meşəni məhv edən biz yox, elə Çobanyanın özüdür deyə etirazlarını bildirirlər. 

Vəziyyətin ağırlığını müşahidə edənlər heç şübhəsiz ki, gedişatın bu səpkidə davam edəcəyini nəzərə alaraq,  tezliklə İcevan hadisələrinin təkrarının Razdan və Sevan şəhərlərində də gözlənildiyini proqnozlaşdıra bilərlər.

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...