24 may 2019 13:28
396

Ermənistan məhkəmə sistemində istefalar başlayıb - FOTO

Ermənistan Ali Məhkəmə Şurasının sədri Qaqik Arutyunyan tutduğu vəzifədən istefa verib.

"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə Ali MəhkəməŞurasının “Facebook” səhifəsində məlumat yayılıb.

O, mayın 20-də Ermənistanda məhkəmə binalarının qarşısında piketlərin təşkil olunmasına etiraz olaraq istefa verdiyini bildirib: “Bundan sonra Ali Məhkəmə Şurasının sədri və Şuranın üzvü kimi fəaliyyət göstərməyimi məqsəduyğun saymıram”.

Qaqik Arutyunyan 2019-cu il mayın 24-dən səlahiyyətlərinin icrasına son verdiyini yazıb.

Qeyd edək ki, Nikol Paşinyan məhkəmə hakimlərini istefa verməyə çağırmışdı. Ermənistanda güc strukturlarına məhkəmə hakimlərinin istefa ərizəsi yazmaları ilə bağlı təzyiq göstərmələri tapşırılığın verildiyi barədə xəbər də yayılmışdı.