Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
19 oktyabr 2020 15:51
3315

Ermənilər ayağa qalxdı - FOTO

İrəvanda 2 kütləvi etiraz aksiyası baş qaldırıb.

"İki sahil" Publika.az-a istinadla xəbər verir ki, Dağlıq Qarabağdan olan qadınlar Birləşmiş Millət Təşkilatının Ermənistandakı ofisinin binası qarşısına toplaşıb.

Onlar BMT-dən münaqişənin həlli üçün anlaşılmaz və yaramaz açıqlamalar yerinə, konkret açıqlamalar verməyi tələb ediblər. Etirazçı qadınlar “uşaqlarımız siz yeni zənglər üçün gözəl sözlər axtararkən ölürlər” ifadələrini işlədib. Həmçinin, BMT-dən susqunluqlarını pozmağı tələb ediblər.

Bundan başqa, yüzlərlə insan Matenadarandan şəhərin mərkəzi küçələri boyunca Dağlıq Qarabağdan olan qadınların onları gözlədiyi qurumun binasına doğru yürüş ediblər. Hər iki aksiyada iştirak edənlərin tələbi BMT-nin sükutu pozub Dağlıq Qarabağa öz nümayəndəsini göndərməsidir.

Etirazçılar, həmçinin BMT-nin Ermənistandakı koordinatoru Şombi Şarpla görüşməyi tələb edirlər. Lakin o, binada yoxdur.

Qeyd edək ki, daha əvvəl BMT-nin İrəvandakı ofisinə axışan etirazçı kütlə onları dinləmək və cəbhə bölgəsinə gedərək dinc yaşayış məntəqələrində və döyüş meydanında nələrin baş verdiyini görmək tələbi irəli sürmüşdülər.