KÖŞƏ

Taleh Bağırov

Erməni toruna düşən “siyasi mühacirlər”

15 fevral 2019 10:41
1167

Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, həyata keçirdiyi daxili və xarici siyasət, təşkilatçısı olduğu regional layihələr, ölkəmizdə keçirilən mötəbər beynəlxalq yarışlar və dövlətimizin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqeyi anti-Azərbaycan qüvvələr və ermənipərəst dairələr tərəfindən böyük narahatlıqla qarşılanır. Bütün bunları həzm edə bilməyən həmin qruplar mütəmadi olaraq Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparır, ölkəmizi hədəfə alan çirkin planlarını reallaşdırmağa çalışırlar. Onların ölkəmizə qarşı yönələn bu planlarının həyata keçirilməsində isə Avropadakı bəzi üzdəniraq azərbaycanlı “siyasi mühacirlər” də xüsusi canfəşanlıqla iştirak edirlər. Bəs onları ermənilərin toruna düşməyə vadar edən nədir?

Bu günlərdə “Aznews.az” saytı “Siyasi mühacirlər erməni kəşfiyyatı tərəfindən necə tovlanır?” adlı araşdırma yazısında bu məqamlara aydınlıq gətirməyə çalışıb. Yazıda Azərbaycana qarşı “etnik separatizm” və qondarma “Dağlıq Qarabağ məsələsi”ndən istifadə etmək cəhdlərinin müşahidə edildiyi diqqətə çatdırılır, qondarma “Dağlıq Qarabağ rejimi” ilə yanaşı, xaricdə saxtakarcasına elan edilmiş “Talış-Muğan Mühacir Hökuməti” (TMMH) adlı qondarma qurumun dövlətimizin əleyhinə çirkin məqsədlərə xidmət edən fəaliyyətindən ətraflı bəhs olunur. Yazıda diqqət çəkilən digər məqam isə radikal müxalifətin dəstəklədiyi şəxslərin, həmçinin saxta yollarla Avropada “siyasi mühacir” statusu almış bəzi şəxslərin erməni maraqlarına xidmət etmələri ilə bağlıdır. Məlum olduğu kimi, qondarma “TMMH”nin başçısı kimi tanınan Əlikram Hümbətovun öncədən hazırladığı xüsusi “arayış”lar sayəsində Avropada “siyasi mühacir” statusu almış bir sıra şəxslər Azərbaycanı, ölkəmizin ərazi bütövlüyünü və konstitusion quruluşunu hədəfə alan çirkin təbliğat aparırlar. Avropanın daxildə bir neçə qrupa bölünən mühacirlər “TMMH”nin təbliğatçısı” statusu ilə çıxış edərək sosial şəbəkələrdə fəallıq göstərməli, qondarma qurumun keçirdiyi bütün tədbirlərdə, aksiyalarda məcburi şəkildə iştirak etməlidirlər və sair.

Sözügedən məqalədə Hollandiyada məskunlaşmış Leyla və Arif Yunus ailəsinin əməllərindən, daha dəqiq desək, onların havadarları olan ermənilərə xidmətindən də bəhs edilir. Bildirilir ki, bu ailə “insan haqları” adı altında hər hansı bir beynəlxalq təşkilata azərbaycanlı mühacirlə bağlı göndərdiyi “arayış”la həmin şəxs deportasiya olunmaq təhlükəsini yaşaya bilər. Buna görə də “siyasi mühacir”lər Leyla Yunus və Arif Yunusun ermənipərəst mövqelərinə göz yummaq məcburiyyətində qalırlar.

Qvami Məhəbbətoğlu
Əli Kərimliyə məsləhət
Vəli İlyasov
Ac Ermənistan...
Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...