02 iyun 2020 16:00
400

Erməni nazir: Vəziyyətin öhdəsindən gələ bilmirik

Ermənistanda virusa yoluxanların sayı 10 mini keçdi, 440 nəfərin vəziyyəti ağırdır

Ermənistanda son sutka ərzində 517 nəfərdə koronavirus aşkarlanıb. Ölkədə daha 19 nəfər bu virusdan ölüb. “İki sahil” AZƏRTAC-a istinadən xəbər verir ki,  bu barədə Ermənistanın səhiyyə naziri Arsen Torosyan məlumat verib. Onun sözlərinə görə, hazırda Ermənistanda virusa yoluxanların sayı 10 009 nəfər təşkil edir. Ölkədə pandemiyadan ölənlərin sayı 158 nəfərə çatıb. Bildirilib ki, hazırda Ermənistanda 6368 aktiv koronavirus xəstəsi var. Onların sırasında ölkənin baş naziri Nikol Paşinyan və onun ailəsi də var. Nazir deyib ki, Ermənistanda COVID-19-a yoluxanlardan 440-nın vəziyyəti ağır, 55-nin vəziyyəti isə kritikdir. Bunlardan 16 nəfəri süni nəfəs aparatına qoşulub. A.Torosyan hələlik bu vəziyyətin öhdəsindən gələ bilmədiklərini bildirib. Xatırladaq ki, Ermənistanda koronavirusa qarşı mübarizə çərçivəsində martın 16-dan fövqəladə vəziyyət rejimi tətbiq olunub və bu vəziyyət iyunun 13-dək davam edəcək.