11 avqust 2020 15:38
532

Ərdoğan Ceyhun Bayramov və Zakir Həsənov ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovu və Azərbaycanın Müdafiə naziri Zakir Həsənovu qəbul edib.

Bu barədə Türkiyə Prezidentinin saytı məlumat yayıb. Qəbulda Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və Milli Müdafiə naziri Hulusi Akar da iştirak edib.