13 noyabr 2019 17:01
284

Ən zəngin azərbaycanlı 6 gündə 600 milyon dollar gerilədi

Dünyanın ən zəngin azərbaycanlısı, Rusiyanın “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov noyabrın 7-dən 13-nə qədər olan tarixdə 600 milyon dollar pul itirib.

Noyabrın 7-də 21,2 milyard dollar sərvəti olan Vahid Ələkbərov dünya fond birjalarındakı gərginlik, “Lukoyl” şirkətinin səhmlərinin ucuzlaşması səbəbilə 600 milyon dollar ziyana düşüb. Hazırda Vahid Ələkbərovun 20,6 milyard dollar sərvəti var. Bu göstərici ilə o, hələ də Rusiyanın 3-cü ən zəngin iş adamıdır.