14 avqust 2020 18:17
747

Əmir Ağayev “Atromitos”da

Ötən mövsümü “Sumqayıt”da keçirmiş Əmir Ağayevin Azərbaycana qayıtmayacağı dəqiqləşib.

"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, israilli futbolçu karyerasını Yunanıstan Super Liqasında çıxış edən Afinanın “Atromitos” klubunda davam etdirəcək.

O, klubla 1+1 illik müqavilə bağlayıb. Əmir Ağayev 11 nömrəli formanı geyinəcək.