27 fevral 2020 15:11
1465

Emin Ağalarov Amerikada konsert verdi

Xalq artisti Emin Ağalarovun ABŞ-dakı konsertləri anşlaqla başa çatıb.

Sənətçi Nyu-Yorkda, Çikaqo və Los-Ancelesdə, eyni zamanda Kanadanın Toronto şəhərində konsert proqramları ilə çıxış edib. İfaçı bu barədə instaqramda məlumat verib.

Xalq artistinin Nyu-Yorkdakı konserti “Times Meydanı”nın yaxınlığında yerləşən əfsanəvi “Town Hall”da baş tutub. Tələbəlik illərini keçirdiyi şəhərdə konsert proqramı ilə çıxış edən sənətçini izləməyə gələnlər arasında ulduzun anası, bacısı və həyat yoldaşı Alyona da olub.

Qeyd edək ki, Xalq artisti mart ayında Belarus, Özbəkistan və Qazaxıstanda konsert verəcək. //Publika.az