09 iyul 2020 15:02
2090

“Əməyin mühafizəsi və təhlükəsizlik texnikası”

SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində (TTSİ) işəgötürənlər və müəssisələrin rəhbər işçiləri üçün “Əməyin mühafizəsi və təhlükəsizlik texnikası” onlayn maarifləndirmə kursu təşkil olunub.

TTSİ-dən "İki sahil"ə verilən məlumata görə, Qobustan Regional Təlim Mərkəzinin nəzəri tədris mütəxəssisi Mübariz Rüstəmovun tədris etdiyi onlayn kursda SOCAR-ın idarə və müəssisələrinin rəhbərlik strukturunda çalışan işçilərə təhlükəsizlik qaydaları, riskin idarə olunması, əməyin mühafizəsi üzrə qanunvericilik, rəhbər işçilərin SƏTƏMM üzrə hüquqları və öhdəlikləri, təhlükələrin müəyyənləşdirilməsi və onlara nəzarət tədbirlərinin aparılması haqqında geniş məlumatlar verilir, onların bu sahədə maariflənmələri təmin edilir.