14 noyabr 2019 13:10
352

Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib - VİDEO - FOTO

Əməliyyat təlimində qoşunlar və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması üzrə tapşırıqlar icra edilib.
"İki sahil" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əməliyyat təliminin niyyətinə uyğun olaraq əməliyyatlarda atəş dəstəyi həyata keçirəcək bölmələr təyin edilmiş məntəqələrə çıxarıldıqdan sonra növbəti mərhələyə hazırlıqla bağlı tapşırıqlar icra edirlər.