23 oktyabr 2019 14:52
227

Əməkdar artist fəxri ad alanlar haqda: “Onları məclis başında oturdan sizsiz...”

“Xalq artisti fəxri adına layiq görülən müğənniləri təbrik edirəm. Amma bir neçə gündür ki, sosial şəbəkələrdə xoş olan-olmayan fikirlərlə mən də qarşılaşıram. Dedi-qodu etmək, kiminsə barəsində əsassız sözlər danışmaq, haqqına girmək mənə görə deyil. Başımı aşağı salmışam və öz işimlə məşğulam. Halal əməyimlə gücüm çatacaq qədər mədəniyyətimizin keşiyində dayanıb ona xidmət edirəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə əməkdar artist Nuriyyə Hüseynova yazıb:

“Milli musiqiyə xidmət edən müğənnilərimiz xeyir işlərinizdə artıq pul istəyəndə (yeddi-səkkiz saat canlı musiqidən söhbət gedir) deyirsiniz, çoxdur, bir az endirim edin. Endirim etməyəndə isə “sağ olun, artıq lazım deyilsiniz” söyləyirsiz.

Fonoqram ifaya, estrada janrında yarım saatlıq ifaçılara 10 min xərcləyən, onları məclislərinizdə başda oturdan, şəkil çəkdirmək üçün növbəyə dayanan siz və bizlərik. Niyə xoş olmayan sözlər yazırsınız? Şəkillər paylaşıb əxlaqımıza sığmayan sözlər yazmayın”.

Qeyd edək ki, bir neçə gün öncə Röya Ayxa, Tünzalə Ağayeva və Miri Yusif Xalq artisti fəxri adına layiq görülüblər.