22 sentyabr 2019 22:40
437

Əli Kərimlinin trol dəstəsinin üzvləri ifşa olundu ŞOK SƏS YAZISI

Əziz dostlar,

Məlumat verdiyimiz kimi, AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səsyazısı Əli Kərimlinin trol şəbəsini ifşa edib.

Səsyazısında etiraf olunur ki: "Çalışmalarımız zəifdir. Bir çox cəbhədaşlarımız var ki, oturub bu qrupda. Əsəblərim artıq partlayır. Kim cəbhəçi ismini daşıya bilmirsə, desin ki daşıya bilmirəm. Sadəcə protokollarda cəbhəçi adını daşımaqla heç nə əldə edə bilməzsiniz. Zatən biz monitorinq aparırıq və kimin nə iş gördüyünü bilirik. Uşaq oyuncağı ilə oynamırıq burada. Mən, Ayaz Məhərrəmli, Süleyman, Mahir bəy qaçırıq ora-bura. Amma Vasif Müzəffərovu görmürük. Rahad bəyi ildə-ayda bir dəfə görürük. Digər dostlarımız var ki, onları görmürük. Əgər sizi görmürüksə, siz nə üçün varsınız? İsgəndər bəy deyir mən feministəm, çıxır gedir dənizə. Sən burada cəbhəçi ola bilirsənsə ol, ola bilmirsənsə get harada istəyirsən feminist ol. Əgər sizdən bir şey olmayacaqsa, gedim yeni üzvlərə vaxtımı sərf edim, bəlkə onlarla nəsə alındı. Bezdirmisiz artıq, mən niyə hər dəfə xəbərdarlıq yazmalıyam. Mən səni Əli bəyin səhifəsində görmürəm. Bəs nə işlə məşğulsuz. İsgəndər bəy feministdir, gedir jurnalist qızlarla pivə vurur. Çox gözəl, heç olmasa gəl Əli bəyin statusunun altında yaz. Vasif bəy, bəs sən hardasan? Heç olmasa gəl Əli bəyin statusunun altında yaz, qisasını al. Şüvəlan qrupundan Natiq, Tahir bəyi görmürük. Rəşad, Lütvi bəy sizi də görmürük. Biz sizin də yükünüzü daşımalıyıq?".

Bir məqamı da diqqətinizə çatdıraq ki, AXCP-də trolların komandanı, yəni trolbaşı Əli Kərimli özüdür. Köməkçiləri Məmməd İbrahim, İlham Hüseyn və Emil Səlimovdur. Onların da müavinləri var. Rəşid Turabov müavinlərdən biridir. Amma hansı köməkçinin müavini olduğunu müəyyən edə bilmədik. Lakin onu anladıq ki, trol şəbəkəsinin fəaliyyət strukturu ABŞ Dövlət Departamentindən götürülüb.