KÖŞƏ

Azər Həsrət
Mətbuat Şurası İdarə Heyətinin üzvü
[email protected]

Əli Kərimli, hələ oğlunu əsgər göndər, sonra hakimiyyəti tənqid edərsən…

20 avqust 2019 23:00
440

Həmişə yazıram və deyirəm: bunlar goreşən kimi bir şeydir. Yaxud da bayquş kimi haradasa bir xarabalıq görmək istəyi ilə yanıb-yaxılırlar. Ən adi hadisələri belə əldə tutub dərhal hakimiyyətin – birbaşa Prezident İlham Əliyevin üstünə hücuma keçmək üçün fürsət gözləyirlər. Hardasa biri arvadını döyür, günahkar hakimiyyət elan edilir. Hansısa şəxs qonşusuyla mübahisə edir, yenə də günahkar hakimiyyətdir. Kimsə suda boğulur, yenə də İlham Əliyev günahkarmış. Bunların məntiqinə görə yəni…

Belə baxanda adamı qınamalı da deyil. Çünki siyasi müxalifət lideri kimi ortalığa çıxıb real güc nümayiş etdirə bilmir. Ayıbına kor olacaq durumdadır. Oğlunu əsgərlikdən yayındırıb gənclərə vətənpərvərlik dərsi keçir. Özünü də kompyuter monitoru arxasında lider elan edir. Ki, bəs bundan yoxmuş, filan…

Əli Kərimlidən yazıram yenə də. Yazmaq istəməzdim, amma adam yazdırır da özü haqqında…

Mediada deputat İqbal Məmmədova məxsus olduğu deyilən “Relax” istirahət mərkəzi ətrafında baş verənlər geniş müzakirə edilir. Məlumatlara görə, vergi məmurlarımız o mərkəzin ödədiyi verginin olduqca aşağı rəqəmlə ifadə edilməsindən şübhələnərək qanun-qayda çərçivəsində yoxlamaq qərarına gəliblər. Videogörüntülərindən də bəlli olur ki, mərkəzin vəzifə sahibləri vergi məmurlarını obyektə buraxmır. Polis çağırılıb, qarşıdurma var. Və nəticədə hüquq-mühafizə orqanları uyğun şəkildə araşdırmalara başlayıb, saxlanılanlar haqqında məlumat yayılıb. Yəni, dövlət öz vəzifəsini yerinə yetirir, bu haqda ictimaiyyəti də məlumatlandırır. Xoş bir olay deyil. Lakin qeyri-adi olay da deyil. İstər deputat olsun, istər nazir, qanun qarşısında hamı bərabərdir və bundan uzağa gedən siyasi nəticələr çıxarıb hətta Prezidenti, yaxud da Birinci vitse-prezidenti hədəfə gətirmək, yumşaq desək, cılızlıqdan başqa bir şey deyil. Tükənmiş bir siyasətçinin belə cılızlığı da heç təəccüblü deyil…

Adam illərdir siyasətdədir, hələ də ucuz demaqoqiya ilə məşğuldur. İddia edir ki, İlham Əliyev hakimiyyəti cinayətkarları cəzalandırırsa, bunu öz ailəsinin maraqları üçün edir. Bunu Əli Kərimli iddia edir. O Əli Kərimli ki, illərdir siyasətdədir, hər keçən gün geri gedir, öz oğlunun kişi kimi hərbi xidmət keçməsini belə rəva bilmir. Adama deyərlər ki, sənin oğlun da İlham Əliyevin oğlu kimi getsin əsgərliyini çəksin, ondan sonra bəlkə danışmağa üzün ola.

Vallah, bu təfəkkür sahibini siyasətçi deyib ciddiyə almağın özü belə qəbahətdir. Bu adam olsa-olsa elə o sözügedən “Relax” istirahət mərkəzində ofisiant işinə yaraya bilər. Hələ o da şübhəli məsələdir.

İndi bu adamı bir az da ciddiyə alsaq iddia edəcək ki, onun təmsil olunduğu hakimiyyət dönəmində vəzifə sahibi olmuş İsgəndər Həmidovun, Rəhim Qazıyevin, Leyla Yunusun və bənzər şəxslərin hər kəsin gözü qarşısında törətdiyi əməllərə görə də məsuliyyəti İlham Əliyev daşıyır. Canlı efirə basqın, jurnalistlərin döyülməsi, maşının baqajına basılması, hər halda İlham Əliyevin deyil, Əli Kərimlinin hakimiyyətdə təmsil olunduğu dövrdə baş vermişdi.

Əli Kərimlinin məntiqinə inansaq, o olaylara görə də İlham Əliyev məsuliyyət daşıyır. Hərçənd, ona məntiq demək də xeyli riskli məsələdir…

Baş vermiş olayın özünə gəlincə. Dövlətə əngəl olmaq, dövlət məmuruna qarşı istənilən şəkildə dirəniş və zor göstərmək əsla dözüləcək hal deyil. Ona görə də hər kəs, o cümlədən suyun bulandığını sanıb balıq tutmaq istəyən Əli Kərimli də bu prosesdə dövlətin yanında olmalı, dövlətin avtoritetinə sayğısızlıq edənlərin cəzalandırılmasını tələb etməlidir. Edərmi? Etməz. Çünki onu maraqlandıran dövlətə sayğısızlıq edənlərin cəzalandırılması deyil, baş vermiş ən adi bir olayı da hakimiyyətin ayağına yazıb xal qazanmağa çalışmaqdır. Buna görə də onu qınamaq doğru olmazdı. Çünki tükənmiş və yorğun bir siyasət adamının edə biləcəyi bundan artıq olmayacaq ki…

Məhərrəm Ağalaroğlu
Təfəkkürün tərəkəməsi
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...