11 avqust 2020 15:01
522

Əli Əsədov ilə BP-nin baş icraçı direktoru arasında telefon danışığı olub

Azərbaycan-BP əməkdaşlığının perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

 

Avqustun 11-də Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə BP qrupunun baş icraçı direktoru Bernard Luni arasında telefon danışığı olub.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı əsnasında Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yüksək qiymətləndirilib.

Söhbət zamanı ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.