06 sentyabr 2019 17:29
237

Əli Əhmədov ICAPP sədrinin müavini ilə görüşüb - FOTO

Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov Bakıda səfərdə olan ICAPP sədrinin müavini, Pakistan Senatının üzvü və Xarici əlaqələr Komitəsinin sədri Mushahid Hussain Sayed ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə bir sıra məsələlər müzakirə edilib.

Qeyd edək ki, ICAPP sədrinin müavini Bakıya “Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının güşləndirilməsi” mövzusunda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclaslarında iştirak etmək üçün gəlib.