14 yanvar 2020 17:02
552

Elektron xidmətlərlə bağlı 186 min müraciət qeydə alınıb

Vətəndaşlara göstərilən müştəri xidmətlərində operativliyin, şəffaflığın və səmərəliliyin təmin edilməsi məqsədilə yeni elektron xidmətlərin yaradılması istiqamətində “Azərsu” ASC tərəfindən zəruri tədbirlər davam etdirilir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin  genişləndirilməsi ilə bağlı  tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq elektron xidmətlərdən istifadə imkanları genişləndirilir.

Göstərilən xidmətlərin daha əlçatan olması məqsədilə 2019-cu ildə “Azərsu” ASC tərəfindən 2 yeni elektron xidmət ("Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti", "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi") istifadəyə verilib. Bununla da “Azərsu” ASC-nin tətbiq  etdiyi elektron xidmətlərin sayı 18-ə çatdırılıb.  İl ərzində vətəndaşlar tərəfindən müxtəlif elektron xidmətlərlə bağlı 186 min müraciət qeydə alınaraq icraya yönləndirilib.

Hazırda “Azərsu” ASC tərəfindən aşağıdakı elektron xidmətlər göstərilir:

1. Su borcunun internet vasitəsilə öyrənilməsi

2. Su  borcunun  internet vasitəsilə ödənilməsi

3. Abonent məlumatlarının dəyişdirilməsi

4. İstehlakçıların  su  təchizatı  və tullantı sularının axıdılması sisteminə  qoşulması üçün texniki şərtlərin alınması

5. “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”nə dair abonentə aid məlumatların verilməsi

6. “Su təchizatı və tullantı sularının axıdılması xidmətləri”ndən istifadəyə görə borcun  olmaması haqqında arayış

7.  “Su   sayğaclarının  təmiri və  yaxud  nasaz  sayğacların  dəyişdirilməsi müraciəti” 

8. "Su  sayğaclarının  plombunun  dəyişdirilməsi  müraciəti"

9. "Su  təchizatı və tullantı  sularının axıdılması sistemində baş  vermiş  qəzaya dair müraciət" 

10. "Elektron müraciət"

11. "Əhali qrupu üzrə istehlakçılara su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə  dair  son  12  ay  üzrə faktura və  ödəniş  məlumatlarının verilməsi" elektron xidməti

12. "Əhali  qrupuna aid olan yeni istehlakçının qeydiyyata alınması"

13. "Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab       fakturanın  formalaşdırılması"

14. “Su  nümunələrinin  yoxlanılmasına  dair  müraciət”

15. "Borcun  araşdırılması  üzrə  müraciət" 

16. "Su  sayğaclarının  quraşdırılması  müraciəti"

17. "Su təchizatı və tullantı sularının idarə olunması xidmətinin müvəqqəti dayandırılması və bərpası müraciəti"

18. "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi"

Bu xidmətlərdən yararlanmaq üçün vətəndaşlar www.e-gov.az  "Elektron hökumət" portalı, həmçinin www.azersu.az  saytında müvafiq bölmələrə daxil olub istədikləri xidməti seçərək əməliyyat apara bilərlər.  Elektron xidmətlər vətəndaşların və xidmət təşkilatlarının işini sadələşdirir və asanlaşdırır. Vətəndaşlar bu xidmətlərdən istifadə etməklə əlavə vaxt itkisi və xərclərlə qarşılaşmırlar.

Orxan Vahidoğlu, "İki sahil"