Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
24 oktyabr 2020 15:03
310

Əkrəm İmamoğlu COVID-19-a yoluxub

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun COVID-19 testi pozitiv nəticə verib.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ə.İmamoğlunun köməkçisi Murat Ongun sosial media hesabında bildirib.

Qeyd edilib ki, xəstəxanada müalicə olunan Əkrəm İmamoğlunun ümumi vəziyyəti yaxşıdır.