29 mart 2020 20:00
1168

Ekologiya və Təbii Sərvətlər naziri "Təmiz əllər" kampaniyasında iştirak edib

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı tərəfindən start verilən "Təmiz əllər" kampaniyası davam edir.

Kampaniyanın məqsədi əlləri mütəmadi olaraq düzgün qaydada sabunla yumaq və diqqəti koronavirusla mübarizəyə yönəltməkdir.

Kampaniyada iştirak edən Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev estafeti Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Naqviyə ötürüb.