Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
26 sentyabr 2020 17:46
309

Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi münasibətilə onlayn şahmat turniri keçiriləcək

Oktyabrın 3-4-də Azərbaycan Şahmat Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin (“Təhsil” RİM) təşkilatçılığı ilə əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş respublika şahmat turniri keçiriləcək.

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, www.chess.com internet portalı üzərindən keçiriləcək turnir seçmə və final mərhələlərindən ibarət olacaq. Seçmə mərhələdə beynəlxalq reytinqi 1799-dək olan şahmatçılar iştirak edəcəklər. Bu mərhələdə ilk 30 yeri tutan şahmatçı final mərhələsinə vəsiqə qazanacaq. Beynəlxalq reytinqi 1800-dən yuxarı olan şahmatçılar isə birbaşa final mərhələsində mübarizə aparacaq.

Respublika şahmat turnirində ümumi hesabda ilk üç yeri tutmuş şahmatçılar “Təhsil” RİM-in müvafiq dərəcəli diplom və medalları, birinci yeri tutmuş şahmatçılar isə əlavə olaraq kubok ilə mükafatlandırılacaqlar.

Bundan əlavə, ən yüksək nəticə göstərmiş 3 qız şahmatçı və 12 yaşadək şahmatçılar arasında ilk üç yeri tutan idmançılar müvafiq dərəcəli diplom və medalla təltif olunacaqlar.