19 mart 2019 18:40
112

Efiopiyada terror aktı nəticəsində ən azı 5 nəfər həlak olub

Efiopiyanın Oromia əyalətində şəxsiyyəti müəyyən olunmayan terrorçunun ətrafa atəş açması nəticəsində ən azı 5 nəfərin öldüyü bildirilir.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, əyalətin Qərbi Volleqa zonasının Nejo rayonunda törədilən terror aktında ölənlərin iki nəfəri əcnəbilərdir. Oronia polisi onların hansı ölkənin vətəndaşları olması ilə bağlı məlumat verməyib.

Yerli polis, həmçinin terrorçunun şəxsiyyətini və cinayətin səbəbini də müəyyən etməyib.

Qərbi Oromia bölgəsi uzun illər Oromo Liberal Cəbhəsinin silahlı müqavimət hərəkatının mərkəzi olub. Sonradan bu hərəkatın liderləri silahların təhvil verilməsinə dair federal və yerli hökumətlə razılıq əldə ediblər.