31 may 2019 12:07
319

Əbədi gənc qalmağın üsulları - Tibetlilərin İNANILMAZ SİRRİ

Bitki çayları maddələr mübadiləsini yaxşılaşdırır, piyləri və tıxanmış damarları açaraq daha elestik edir. Qədim dövrlərdən bəri tibetliler cavan və sağlam qalmaq üçün bitki çaylarının faydalı xassələrindən bəhrələnib.

Publika.az bu yazıda oxucuları tibetlilərin əbədi gənclik sirri ilə tanış edib.

Səhər 100 qram çobanyastığı, 100 qram dazı, 100 qram solmaz çiçəyi, 100 qram tozağacı qozası, çiyələk və alma yarpağını bir qaba töküb qapağını örtün.

Axşam 0,5 litr qaynayan suya bir xörək qaşığı bu çaydan tökün və çaydanı qalın parça ilə bağlayıb 20 dəqiqə dəmləyin.

Yatmazdan əvvəl bir stəkan bitki çayına 1 çay qaşığı bal əlavə edib həll edin və için.

Növbəti səhər qalmış çayı isidib yenidən bir çay qaşığı balla qarışdırın və səhər yeməyindən 20 dəqiqə əvvəl için.

Bitki çayı bitənə qədər müalicə kursunu hər gün davam edin. Müalicəni bir ay fasilədən sonra yenidən təkrarlamaq olar. Resept istənilən yaş insanlara tövsiyə edilir.

Bu resept ürək-damar xəstəliklərinin (infarkt, hipertoniya) inkişfanın qarşısını alır, başgicəllənmələri dayandırır, görməni yaxşılaşdırır və bütün orqanizmi cavanlaşdırır.