26 noyabr 2019 20:07
305

Düşüncə insan həyatının əsasını təşkil edir

Düşüncə insan həyatının əsasını təşkil edir. Hər insanın özünəməxsus düşüncə tərzi var. Bəzən insan öz düşüncə tərzindən belə narazı qalır və zehni qabiliyyətlərini inkşaf etdirmək üçün müxtəlif metodları sınaqdan keçirir.Belə ki, əqli gücünüzü və beyninizi gücləndirən yollar bəzi  mövcuddur :

Kofe için

Əlbəttə ki, daimi yuxusuzluq və həddindən artıq qəhvə istehlakı heç kimə fayda verməmişdir. Lakin alimlər son araşdırmalarında  kofeinin qısamüddətli istifadəsinin  müsbət təsirini bir daha təstiqləyiblər. Onların sözlərinə görə, qəhvə həm insanların həyat fəaliyyətinin dərəcəsini artırır,  həm də onlara etdiyi işə yönəlməyə kömək edir.  Kofein insanı daha ağıllı etmir, sadəcə beyninizi “təcili yardım” rejimində çalışdırır. Yalnız kofeinin aşırı dərəcədə çox istifadəsi gələcəkdə sağlamlığınıza zərər vura bilər.

Şərab için

Uzun illər boyu bəşəriyyət alkoqolun bir çox müsbət və mənfi təsirini aşkar edib. Norveç alimlərinin son müşahidələrinə görə, mütəmadi olaraq şərab istehlak edən insanlar (xüsusəndə qadınlarda) alkoqol qəbul  etməyənlərə nisbətən daha  yüksək göstəricilər nümayiş etdiriblər. Bir çox alimlər az miqdarda içilən  şərabın düşünmə, nitq uyğunluğu, diqqət və digər zehni proseslərə faydalı təsirləri barəsində danışırlar. Fermentlərlə bol olan üzüm suyunun tərkibində olan antioksidantlar beynimizin qocalmasına mane olur.

Təmiz havada gəzin, “Günəşdən enerji alın”

Hamımız bilirik ki, həddindən artıq günəş işığı dəri üçün çox zərərlidir. Lakin beynimizin qidalanması üçün D vitamininə ehtiyac var və həmin vitamini əldə etmək üçün açıq havada gəzməliyik. Alimlərin müşahidələrinə görə, D vitamini  beynin qocalma prosessini  müəyyən qədər azalda bilir.Təmiz havada fiziki hərəkətlər etdikdə belə beynimiz böyüyür.

Beyninizi bəsləmək üçün düzgün qidalar qəbul edin

Qəbul etdiyimiz şəkər və yediyimiz qidalardan aldığımız enerjinin təxminən 20% -i beynimizə gedərək, beyin fəaliyyətimizi artırır. Qidanın keyfiyyəti həm beyinə, həm də bütövlükdə bütün bədənimizə müsbət təsir edir. Buna görə, yorğunluğu azaltmaq və zehni səyləri optimallaşdırmaq üçün özünüzə uyğun pəhriz seçə bilərsiniz. Beynimizi qidalandırmaq üçün qlükoza ( bir cox meyvədə olur), yağ turşuları (dəniz məhsulları),vitamin E (qoz-fındıqda olur),aminturşuları və antioksidantlar(şərabda olur) qəbul etmək lazımdır. Beynimizi düzgün bəsləmək üçün avokado, qaragilə və dənli bitkilərdən  istifadə etmək məsləhətdir.

Musiqiyə qulaq asın və rəqs edin

Musiqi beyinə unikal bir formada təkan verir. Musiqi dinləyən insanın beyninə baxsanız, onun nə qədər aktiv olduğunu görə bilərsiz. Musiqi ümümi zəkanı artırır və müşahidələrə görə, ağır xəstəliklər zamanı son itən  musiqi yaddaşı olur. Fiziki məşqlər və rəqslər qocalma dövrünün qarşısını almağa kömək edir. Bir insan rəqs edərkən bədəni və başı ahəngdar işləyir. Rəqsdə olan hərəkətlər  dəqiq psixomotor koordinasiya tələb edir, ona görə bu da diqqəti artırır və məkan yönümünə müsbət təsir göstərir. Yeni rəqs addımları öyrənmək düşüncə prossesini daha çevik edir. Rəqs edin, bu həm gözəl, həm də faydalıdır.

Diqqətinizi yönətməyə bacarın

Beynin tam gücü ilə çalışması uçün diqqəti konkret bir məsələyə yönətmək lazımdır. Yulias Sezarın sözlərinə görə, beyin tək bir problemi həll etdikdə daha səmərəli çalışır. Bəzən düşüncələrimizi “buraxmalıyıq” və  mücərrəd bir şey haqqında düşünməliyik. Bununla beynimiz dincəlməli olur. Son müşahidələr göstərir ki, daimi bir  neçə  şeyə diqqətin yönəlməsi məlumatların emalı prossesini ləngidir və beyni çox yorur.

“Tetris oyunu oynayın”

Tetris oynayarkən insan beyni dincəlir və bu qısa müddətli oyun beynimizdə olan boz  maddənin miqdarını  artırır. Son araşdırmalara ğörə, bu oyun beynin zehni fəaliyyətini artırır. Əsəbi vəziyyətdə “Tetris”oynayarkən mənfi təəssuratlarınızı unudaraq dincələ bilirsiz. Hətta həkimlər tövsiyə edirlər ki, bu cür oyunlar post-travmatik streslərin təsirini  azaltmağa kömək edir .

Səhərinizi pozitiv fikirlərlə açın

Hamımız yuxunun əhəmiyyətini yaxşı bilirik. Gün ərzində enejili qalmaq üçün yuxudan necə oyanmağımız çox önəmlidir. Oyanan zaman bədənimizdəki kortizol hormonunun sayı beyinin gün ərzində fəaliyyətinə təsir göstərir. Son araşdırmalara görə, pozitiv insanların beyni hər hansı bir informasiyanı daha yaxşı qəbul edir.

Samirə Tağıyeva, “İki sahil”