14 iyul 2020 12:10
890

Düşmənlə təmas xəttində gərgin anlar -  VİDEO

Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində vəziyyəti gərginləşdirməkdə davam edir.

İyulun 14-də səhər saatlarından müxtəlif növ silahlardan istifadə edən düşmən Azərbaycan kəndlərini və dinc əhalini atəşə tutur. Azərbaycan ordusu düşmənə adekvat cavab verir.

Düşmənlə təmas xəttində yaşanan gərgin anlar AzTV-nin Tovuza ezam edilmiş əməkdaşının reportajında öz əksini tapıb. Həmin videonu sizə təqdim edirik.