24 oktyabr 2020 15:57
312

Düşmənin döyüş təyyarəsi məhv edilib

Oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "İki sahil"ə məlumat verilib.