13 oktyabr 2019 13:11
883

Dünyanın ən zəngin avtomobil biznesmenlərinin ADLARI

“Bloomberg” agentliyi avtomobil istehsalçıları və dilerlərinin səhmlərinə malik dünyanın ən zəngin insanlarının reytinq siyahısını hazırlayıb.

"Ölkə.Az" bildirir ki, siyahının birinci pilləsində “Microsoft”un təsisçisi Bill Qeyts qərarlaşıb. Belə ki, onun “AutoNation” avtodilerinin səhm paketinin dəyəri 914,55 mln dollar və ya 105 mlrd dollarlıq şəxsi sərvətinin 0,9 faizini təşkil edir.

Reytinqdə ikinci mövqe “Tesla Inc” səhmlərinin ikinci ən böyük sahibi, “Oracle”ın təsisçisi Larri Ellisona məxsusdur. O, 730,77 mln – 1 mlrd dollarlıq səhm paketinə malikdir ki, bu da Ellisonun 58,5 milyard dollarlıq varidatının 1,3%-i deməkdir.

Siyahıda üçüncü yerin sahibi “Tesla”nın baş direktoru İlon Maskdır. Onun səhmlərinin dəyəri 8,3 milyard dollara müvafiqdir (yaxud 22 milyard dollarlıq sərvətinin 36,9%-i).

Dördüncü pillədə inşaat maqnatı Pallonci Mistrinin adı çəkilir. O, hind avtomobil istehsalı şirkəti “Tata Motors Ltd”nin 302,7 milyon dollarlıq səhmlərinə (19,7 mlrd dollarlıq sərvətinin 1,5%-i) malikdir.

Siyahıda 5-ci yeri Suzanna Klatten tutub. Onun BMW-yə aid səhmlərinin dəyəri 8,76 mlrd dollardır (sərvətinin, demək olar, yarısı).