05 mart 2019 12:14
366

Dünyanın ən varlı adamının adı açıqlanıb

“Forbes” jurnalının versiyasına görə, dünyanın ən varlı adamlarının siyahısına ardıcıl olaraq ikinci dəfə “Amazon” şirkətinin sahibi Ceff Bezos başçılıq edib.

AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, internet üzərindən mal və xidmətlərin satışını həyata keçirən şirkətin sahibinin sərvəti 112 milyard dollardır. Müqayisə üçün qeyd edilib ki, Bezosun sərvətinin cəmi 1 faizi 105 milyon əhalisi olan Efiopiyanın dövlət büdcəsindən səhiyyə üçün ayrılan xərclərdən çoxdur.

Eyni zamanda, “Forbes” bildirib ki, hazırda boşanma ərəfəsində olan milyarder sərvətinin yarısını itirə bilər və belə olan halda onun həyat yoldaşı Makkenzi planetin ən varlı qadınına çevriləcək.

Qeyd edək ki, “Forbes” jurnalının versiyasına görə, son 10 ildə milyarderlərin sayı ikiqat artıb.