22 oktyabr 2019 20:06
186

Dünyanın ən sakit otağı

Sakitlik həvəskarı olan insanlar həyatlarında bir dəfə də olsun heç kəsin olmadığı- sakit bir yerdə yaşamağı xəyal ediblər.

Dünyada düşünüləndən daha sakit bir yerin olduğunu bilirsinizmi?

ABŞ-ın Minnesota ştatında Orfield laboratoriyalarında yerləşən otaq dünyanın ən sakit yeri hesab olunur. Belə ki, otaqda o dərəcədə böyük səssizlik var ki, bir müddət sonra hətta bu səssizlik insan üçün çəkilməz hal alır. Otağa xarici səslərin 99 %-i daxil olmur, buna səbəb burada anekoik kameraların yerləşməsidir. Hələ elə bir insan olmayıb ki, bu səssiz otaqda 45 dəqiqədən artıq qala bilsin.

Sakit otaq hətta insanı özündən belə çıxara bilir

Otağın bu dərəcədə səssiz olmasına səbəb burada 1 metr qalınlığında şüşə akustik platformaların, izolyasiya edilmiş ikiqat polad və qalın betonlardan hazırlanmş divarların olmasıdır.

Laboratoriyanın yaradıcısı Stiven Orfild qeyd edir ki, sakit mühitə düşdükdə insanlar yavaş-yavaş ona uyğunlaşmağa başlayır. O, həmçinin bu günə qədər otaqda yalnız bir nəfərin 45 dəqiqə qala bildiyini deyib.

Qeyd edək ki, Orfieldin özü otaqda 30 dəqiqə qala bilib. Onun sözlərinə görə, bu otaqda insanın fikrini səs-küy deyil səssizlik yayındırır və insan sakitlikdən bir müddət sonra sanki səs-küy eşidir. Sakitlikdən insan öz ürək döyüntüsünü, ciyərlərinin səsini, hətta ac olarsa yüksək səslə mədəsinin səsini belə eşidə bilir.

The factsite saytının materialı əsasında hazırladı:

Leyla Şıxəli, “İki sahil”