21 may 2019 10:40
270

Dünyanın ən hündür ağacı

Sekvoyya dünyanın ən hündür ağacı hesab olunur. Bu hündürlükdə ağaca başqa heç yerdə rast gəlmək mümkün deyil. Bu ağac ABŞ-ın Kaliforniya ştatının Redvude parkında bitir. Park burada yetişən nümunəvi ağac növləri ilə fərqlənir.

Ağacın ikinci adı Qiperion adlanır. Qədim yunan dilində tərcüməsi çox hündür ağac deməkdir. Bu ağacın hündürlüyü 115,61 metrdir.

Ağacın hündürlüyü 34 mərtəbəli binanın hündürlüyünə bərabərdir.

Ağac bir neçə il bundan qabaq aşkar olunub. Bu, təsadüfən baş verib.  İki jurnalist parkda gəzərkən çox uzaq məsafələr qət edirlər və qarşılarına çıxan ağacın hündürlüyü onları valeh edir. jurnalistlər ağacın diametrini və hündürlüyünü aydınlaşdırandan sonra ağac haqqında məqalə yazmağa qərar verirlər. Məqalə təbiət haqqında olan jurnalda çap edilir. Ağacın diametri 4,8 metrə bərabərdir.

Heç bir alim ağacın dəqiq neçə yaşı olduğunu deyə bilmir. Bir çox bioloqlar hesab edirlər ki, ağacın 800 il yaşı var və 2000 il ömrü ola bilər. Buna görə də bu ağacı hələ cavan ağac hesab etmək olar.

Könül Əliyeva, “İki sahil”