11 sentyabr 2019 10:45
278

Dünyanı lərzəyə gətirən gün - 11 sentyabr hadisələrindən 18 il ötür

18 il öncə bu tarixdə, 2001-ci ilin senytabrın 11-də  Əl-Qaidə terror təşkilatı tərəfindən ABŞ-ın Nyu-York və Vaşinqton şəhərlərindəki hədəflərə qarşı dünya tarixində misli görünməyən terror aktları həyata keçirildi.  

Terrorçular qaçırdıqları sərnişin təyyarələrini Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına və Vaşinqtonda Birləşmiş Ştatların Müdafiə Nazirliyinin Pentaqon binasına çırpıblar. Daha bir təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə vurulub.Terror aktları 3 minə yaxın insanın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi.

Təkcə Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. “Əkiz” binaların dağıntılarının təmizlənməsi isə 8 aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.

Dünyanın ən böyük ofis binası sayılan Pentaqon Amerika Birləşmiş Ştatlarının ürəyi hesab edilir. 11 sentyabr hücumlarında binanın 10 hissəsindən biri zərər gördü. Pentaqonda yerləşən Dünya Ticarət Mərkəzi dünyada iki ən yaxşı müdafiə olunan binadan biri hesab edilirdi. Geriyə qalan mənzərə isə misli görülməmiş bir dəhşətdir. 11 nömrəli sərnişin təyyarəsinin Şimal qülləsinin 95-ci mərtəbəsi ilə toqquşması nəticəsində yaranan qəza 92-ci mərtəbədən yuxarıda olan insanlara zərər verdi. Qəza bölgəsi olan mərtəbələr tüstü ilə dolduqca insanlar tullanmağa başladılar. Təmiz havada 10 saniyə yaşamaq zəhərli tüstünü ciyərlərə çəkərək ağır və dözülməz ölümdən əziyyət çəkməkdən daha yaxşı idi. Çoxlu sayda insan ilk öncə Cənub qülləsinin partlayışına şahidlik etdi. Onlar Dünya Ticarət Mərkəzinin tamamilə dağılacağı haqda heç bir fikri olmayan, binanın ətrafına yığışan çoxlu sayda yanğınsöndürən və tibb işçilərindən ibarət fövqəladə hallar zamanı yardıma gələn insanlar idilər. Hər iki qüllə qəza bölgəsində yaranan partlayış nəticəsində aşağıya doğru parçalandı və yerə çatmamışdan əvvəl çox böyük toz və çöküntüyə çevrildi.

11 sentyabr hücumlarının amerikalılar üzərində çox ağır təsirləri qaldı. Ölkənin hər yerindən polis məmurları və xilasetmə işçiləri “Əkiz” Qüllələrin qalıqları altında qalan insan cəsədlərini qurtarmaq prosesinə yardım etmək üçün Nyu-York şəhərinə axışıb gəldilər. Birləşmiş Ştatlar üzrə qanvermə göstəricisində 11 sentyabr həftəsindən sonra böyük artım yaşandı. Bu hücumlar Amerika və dünya bazarına əhəmiyyətli dərəcədə təsir etdi. Nyu-York Məzənnə Fondu və Amerika Məzənnə Fondu Sentyabrın 11-də açılmadı və senytabrın 17-dək qapalı qaldı. Məzənnə Fondu yenidən açılanda səhm bazarı 71%-dən 8921-ə endi, bu isə bir gündə qeydə alınan ən böyük enmə idi.

Sentyabr hadisələri terrorla mübarizədə beynəlxalq fəallığı gücləndirib. 2001-ci ilin oktyabrında ABŞ və Böyük Britaniya Əfqanıstanda hərbi əməliyyatlara başlayıb. Əməliyyatlar terror aktında ittiham olunan “Əl-Qaidə” təşkilatına və onları dəstəkləyən “Taliban” hərəkatına qarşı yönəlib.

Hadisənin təhqiqatı ilə ABŞ-a terror hücumları üzrə milli komissiya məşğul olub. Təhqiqatın nəticələrinə dair 2004-cü ildə dərc edilən məruzədə bildirilir ki, terror aktının qarşısının alınmasına Birləşmiş Ştatların kəşfiyyat xidmətlərinin fəaliyyətində koordinasiyanın olmaması əngəl törədib. Bir müddət sonra ABŞ Prezidenti Corc Buş kəşfiyyat xidmətlərində islahatlar aparılması barədə sərəncam imzalayıb.

ABŞ-da sentyabrın 11-də baş verən bu hadisələr “Vətənpərvərlik günü” və “Dualar günü” kimi qeyd olunur. Bütün ölkə ərazisində matəm tədbirləri və yerli hökumət, ictimai assosiasiyalar, universitet və məktəblər tərəfindən memorial konsertlər təşkil edilir. Bütün federal binalarda dövlət bayraqları endirilir.

2002-ci il martın 11-də Ümumdünya ticarət mərkəzinin yerində həlak olanların xatirəsinə müvəqqəti abidə qoyulub. Bir ay ərzində Manhetten səmasına dağılan binaların simvolu olaraq iki paralel işıq sütunu ucalıb.

Terror aktının onuncu ildönümündə isə “Əkiz” Qüllələrin yerində hadisə qurbanlarının adlarının həkk edildiyi memorial kompleksin açılışı olub.

2014-cü ilin mayında ABŞ-da 11 sentyabr hadisələrinə həsr olunmuş muzey fəaliyyətə başlayıb. Ekspozisiyada, əsasən insanların qaçaraq xilas olmağa çalışdıqları beton pilləkən, dağılan binanın polad karkasının fraqmentləri, dağıntılar altında qalaraq əzilmiş yanğınsöndürən maşın və terror aktı qurbanlarının şəxsi əşyaları nümayiş olunur.

Yaqut Ağaşahqızı,

“İki sahil”