KÖŞƏ

Vəli İlyasov

Dövrümüzün keçəl Həmzələri...

27 avqust 2019 10:40
293

Özgəsinin zəngin süfrəsinin pişiyi olunca...

Azərbaycanlı bloqger Elvin İsayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Rusiya polisinə istinadən verilən məlumata görə əslən Azərbaycanın Masallı rayonundan olan Elvin İsayev Rusiya Federasiyası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur.

Sankt-Peterburq şəhər polisində ifadə verən Elvin İsayevin konkret saxlanılma səbəbləri haqqında hələlik heç bir məlumat verilməyib. Məlumat üçün bildirək ki, Elvin İsayev son aylar bloqger kimi fəaliyyət göstərib. O, öz sosial şəbəkə hesablarından Azərbaycan hakimiyyətində təmsil olunan şəxsləri ağır ifadələrlə təhqir edərək gündəmə gəlib. 2018-ci il dekabrın 22-də “AzerFeerodom TV”-nin aparıcısı Qurban Məmmədovla 52 dəqiqəlik bir dialoqda Elvin Azərbaycanda hakimiyyətdə olanlar barədə dəfələrlə təhqiredici fikirlər söyləyib. Köhnə “qurd”lardan olan Qurban Məmmədov onun tərbiyədənkənar jestlərinə və sözlərinə bəh-bəhlə qulaq asıb. Ondan dövlət başçılarına qarşı daha acı ifadələr və sərt ittihamlar almaq üçün hərdən söhbəti həmin istiqamətə yönləndirib. Ona meydan verildiyini görən Elvin Sank-Peterburqda fürsəti fövtə verməyib və “İşə” möhkəm girişib. Bütün şəbəkələrdə Azərbaycanda hakimiyyəti zorla dəyişdirilməyin zəruriliyndən danışıb və soydaşlarımızı inqilaba çağırıb. Bisavad, rabitəsiz və tamamilə məntiqsiz fikirlər “üyüdən” Elvin, necə deyərlər, strateqlik iddiasına düşüb və başını başlara qoşmağa çalışıb. Ancaq xarici ölkənin qanunlarını pozması və hətta RF Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə həbs olunması ilə əlaqədar “fəaliyyətini” dayandırmalı olub. Güman ki, istintaq onun hansı cinayətləri törətməsini bu günlərdə ictimaiyyətə açıqlayacaq.

 Elvin İsayevin aqibəti xarici ölkələrdə gizlənərək Azərbaycana qarşı qarayaxmalarla məşğul olan Vidadi İsgəndərlini,  Orduxan Teymurxanı, Qənimət Zahidi, Sevinc Osmanqızını, Türkel Kərimlini və başqalarını da gözləyir. Bu adamların xaricə getmələrinin səbəbi aydındır: pul qazanmaq. Ancaq halal yolla deyil, xalqına və torpağına xəyanət yolu ilə haram pullar qazanaraq “fəaliyyətlərini” davam etdirirlər. Bu qrup ölkəmizin müstəqilliyini sarsıtmağa çalışan bəzi xarici dairələrdən “məqsədyönlü fəaliyyət proqramı” alaraq onu nökər çalışqanlığı ilə yerinə yetirirlər. Həmin “proqramda” məqsəd Azərbaycanın müstəqilliyini və ümumiyyətlə, dövlət quruluşunu əvvəlcə zəiflətmək, sonra isə məhv etməkdir. Ona görə də son vaxtlar xaricdəki bloqgerlər, üzdəniraq müxalifətçilər və digər ünsürlər bir qayda olaraq hakimiyyətdə təmsil olunan şəxslərə hücum edirlər. Hər gün sosial şəbəkələrdə tutuquşu kimi onları gözdən salmağa yönələn fikirlər səsləndirir və yazırlar. Paslanmış bolşevik əqidəsi ilə yaşayan bu adamlar iddia edirlər ki, vəzifəli şəxslər, şirkət rəhbərləri və başqaları varlı ola bilməzlər. Nə üçün? Bəyəm demokratiya tələb edir ki, hamı kasıb yaşasın? Bəs Vətəni, xalqı satmaqla pul qazanmaq necə, məgər bu, caizdirmi?

Ağalarının köməyi ilə internet TV-lər açan, sosial şəbəkələrdəki səhifələrində cəfəngiyatlar danışan “cib müxalifəti”nin təmsilçiləri izləyicilərə az qala yalvarırlar ki, paylaşım etsinlər. Beş-on dəqiqəlik yayımda bəlkə də on dəfə xahiş edirlər ki, izləyicilər paylaşsınlar. Görünür, ağaları çox paylaşıma çox da pul verirlər.

Uzaqgörən babalarımız deyiblər ki, özgəsinin zəngin süfrəsinin pişiyi olunca, öz kasıb süfrənin aslanı ol.

Cavid Əkbərov
Hoqqabazlar
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...