Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
20 sentyabr 2020 22:41
723

Doğma neftçi, bu gün sənin günündür! - VİDEO

Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 26-cı ildönümü tamam olur.

Sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günü kimi qeyd olunur.

SOCAR neftçilərin peşə bayramı münasibətilə qısa videoçarxı hazırlayıb.

“Əziz neftçi, sən şərəfli bir peşənin sahibisən. Sən həmkarlarınla çiyin-çiyinə çalışan sadiq dostsan, zəhmətlə ucalan fədakarsan, məğrur Vətən övladısan, Xəzəri ram edən qəhrəmansan.

Doğma neftçi, bu gün sənin günündür. 20 sentyabr peşə bayramın mübarək”, - deyə videoçarxda bildirilir.